Artan qlobal genişlənmə və Azərbaycanda neft və qaz gəlirlərinin əldə edilməsi

Socar Trading

Bu bölmədə “Əsrin müqaviləsi”nin 20 illiyi ilə əlaqədar Azərbaycanda qlobal genişlənmə və neft və qaz gəlirlərinə köklənən biznesin inkişafı ilə bağlı bəzi şərhlərim qeyd olunub.

“- Azərbaycan, Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (ARDNŞ), SOCAR Trading və onların beynəlxalq tərəfdaşları ölkənin milli mənafeyi üçün və eləcə də, regionda enerji təhlükəsizliyinin qorunması məqsədilə nəhəng sosial imkanların yaradılmasını davam etdirir. Bununla da ARDNŞ bütün dünya bazarında ən nüfuzlu adlardan birinə çevrilir.

A.Əlizadə 20 il əvvəl Bakıda milli enerji ehtiyatlarının dünyanın 13 iri neft şirkəti tərəfindən inkişafı ilə bağlı tarixi müqaviləni şərh edərkən bütün dünyada enerji ticarətinin simasını dəyişən və xam neftin yeni həcmdə istehsalını şərtləndirən layihələrin vacibliyini qeyd edib. Xüsusilə:

- ARDNŞ, SOCAR Trading və BP, Amoco, Exxon, LUKoil kimi şirkətlərin arasındakı bu dünyamiqyaslı əməkdaşlıq 50 milyard ABŞ dollarından artıq həcmdə sərmayənin formalaşmasına şərait yaradıb.

- SOCAR Trading şirkətinin həyata keçirdiyi dünyamiqyaslı ticarət əməliyyatları Avropadan Orta Şərqə, Orta Asiyaya və Afrikaya qədər olan böyük coğrafiyada emal müəssisələri də daxil olmaqla satış həcminin artması və ticarətin genişlənməsinə şərait yaradıb.

- SOCAR Trading şirkəti göstərdiyi peşəkar xidmət və yüksək səviyyəli mühasibat standartları sayəsində, son 5 il ərzində Azərbaycanın Dövlət Xəzinəsinə ümumilikdə 1,1 milyard ABŞ dollarından artıq vəsait cəlb edib”.

http://www.socartrading.com/en/20th-anniversary-of-contract-of-the-century-331.html

 

ARDNŞ və SOCAR Trading, ölkəmizə və dünya bazarına beynəlxalq əməkdaşlıq və sərmayə qoyuluşu baxımından regionda analoqu olmayan bir nümunədir. Və bütün bunlar özlkəmizin rifahına xidmət edir.

Diqqətiniz üçün təşəkkür edirəm,

Anar.

Məni Twitter və Facebook-da izləyin.