“Baku Business Factory” Gənc Təşəbbüskarların Biznes Biliklərinin Artırılması üçün Tədbirlərinə Davam Edir

Keçən ilin may ayında təsis etdiyim “Baku Business Factory” biznes inkubasiya mərkəzi gənclərin biznes biliklərinin artırılması ilə bağlı fəaliyyətlərini davam etdirir. Bu məqsədlə atılan növbəti addım isə gənc təşəbbüskarlar üçün Mərkəzdə mütəmadi olaraq biznes yönümlü seminarların təşkil edilməsinə başlanılmasıdır. Biz bu seminarları bütün gənclərin maarifləndirilməsinin vacibliyini və onların ciddi maraq göstərdiklərini nəzərə alaraq yalnız BBF-də üzv olan startaplar və frilanserlər üçün deyil, bütün gənclər üçün açıq etmişik.

14

Apardığımız araşdırmalar və “Baku Business Factory”nin şəxsi təcrübəsinə əsaslanaraq, asanlıqla deyə bilərəm ki, gənclərin biznes qurarkən qarşılaşdıqları ən böyük çətinliklərdən biri hüquq və mühasibatlıq problemləridir. Biznesə ilk addımlarını atan şəxs üçün bu problemləri aradan qaldırmaq məqsədilə ayrıca vakansiya açılması maliyyə çətinlikləri yarada bilər. Eləcə də, hər bir sahibkarın özünün biznes haqqında müəyyən hüquqi biliklərə sahib olması onu gələcəkdə yarana biləcək problemlərin qarşısını qabaqcadan almaq üçün siğortalayır.

9

Bugün biznes qurulması üçün atılan hər addım gələcəkdə böyük bir vergi ödəyicisinə çevrilmə potensialına sahibdir. Gənc dostlarımız dövlətimizin onlar üçün yaratdığı imkanlardan istifadə edərək öz bizneslərini qurarkən dövlətin müəyyən etdiyi qanunvericilik tələblərindən xəbərdar olmalı və onlara lazımı qaydada riayət etməsi yollarını öyrənməlidirlər.

Bütün bu zəruri amilləri nəzərə alaraq, ötən həftə keçirilən növbəti seminarımızı “Startap və Vergi Tənzimləməsi” mövzusunda etdik ki, bu seminara olan yüksək maraq məni sevindirməklə yanaşı, bizim bu mövzuya dair haqlı olduğumuzu sübut etdi. Məhz bu səbəbdən biz biznes hüququ mövzusunda seminarlarımızı silsilə şəklində həyata keçirmək və gənc təşəbbüskarlarımızı öz bizneslərini qurmaq və idarə etmək üçün lazım olan bütün növ hüquqi və mühasibatlıq bilgiləri ilə tam təmin etmək qərarına gəldik.

Xatırladım ki, “Baku Business Factory” 2015-ci ilin may ayında gənclərin biznes təşəbbüslərinin dəstəklənməsi və onlara biznes vərdişlərinin aşılanılması məqsədilə təsis etdiyim biznes inkubasiya mərkəzidir. Hal-hazırda mərkəzdə 17 fərqli biznes layihəsi öz fəaliyyətlərini davam etdirirlər. Daha ətraflı məlumatı aşağıdakı linkdən əldə edə bilərsiniz: http://bbf.az/

17

8

13