“Baku Business Factory” Böyük Britaniya şirkətləri ilə əlaqələri genişləndirir

Bu gün “Baku Business Factory”nin (BBF) ofisində Böyük Britaniyanın Azərbaycandakı səfirliyinin nümayəndələri ilə görüş keçirilib.

03439d6c-e6af-44cd-b91f-6789e5d0b64f

Görüşdə “Baku Business Factory”nin direktoru Əlövsət Müslümov, Böyük Britaniyanın Azərbaycandakı səfirliyinin beynəlxalq ticarət palatasının əməkdaşları Şəms Süleymanova, Ülkər Səfərəliyeva və Əsmər Əliyeva iştirak ediblər.

Görüş zamanı diplomatik nümayəndəliyin üzvlərinə gənc iş adamı Anar Əlizadənin təsis etdiyi BBF şirkəti, onun məqsəd və gələcək planları barədə məlumat verilib.

Müzakirələr zamanı gənc yaşda öz biznesini qurmaq istəyən sahibkarlara maddi-texniki və maliyyə dəstəyinin göstərilməsi üçün yeni təcrübə mübadiləsi və əməkdaşlığa gedən yolların axtarılması məsələləri ətrafında fikir mübadiləsi aparılıb.

Görüş zamanı, gənclərin “start up” layihələrinin beynəlxalq əlaqələrinin inkişafına dəstəyin vacibliyi vurğulanıb. Bu istiqamətdə Böyük Britaniya şirkətləri ilə Azərbaycanda əsası qoyulan “start up” layihələrin əlaqələndirilməsi məsələsi müzakirə olunub.