BBF-də uşaqlar üçün “Gələcəyin biznesmenləri” günü keçirilib

 

“B27aku Business Factory” (BBF) daha bir önəmli yeniliyə imza atdı - biznes inkubasiya mərkəzində “Gələcəyin biznesmenləri” günü keçirildi.

Layihənin hazırlanmasında məqsədimiz uşaqlara real iş ofisini göstərmək, onların məsuliyyət hiss etmələrinə imkan vermək, mövcud biznes sferasında onların gələcəyinin mümkünlüyünü göstərməkdir.

Proqrama əsasən, körpələr evi-uşaq baxçasının uşaqları BBF-in ofisi və BBF-in dəstəklədiyi layihlərlə tanış oldular. BBF-də fəaliyyət göstərən layihə rəhbərləri öz start-apları haqqında uşaqların başa düşəcəyi tərzdə məlumat verdilər. Proqrama əsasən, uşaqlar BBF-in ofisi və kovörkerlərlə tanış olub, şirin təamların olduğu masaya dəvət ediliblər, layihə çərçivəsində müzakirələr və oyunlar keçirildi.

Kovörkerlər uşaqlara ilk olaraq işin və pulun nə olduğu barədə qısa məlumat verdilər. Sonra uşaqların hər biri özü və harada oxuduğu, böyüyəndə kim olmaq istədiyi barədə danışıb, həmçinin mütəxəssislərə suallar veriblər.

Proqrama uyğun olaraq, gələcəyin biznesmenləri olmaq istəyən uşaqlara pul ilə rəftar qaydaları öyrədilib. Həmçinin onlara maraqlı peşələr barədə məlumat verilib, özünə inam hissini inkişaf etdirmək və hobbi üçün ideyalar vermək istiqamətində söhbətlər aparılıb.

Mərkəzdə uşaqlara müxtəlif öhdəliklər də verilib. Məsələn: sənədləri həmkarına aparmaq, çap olunmuş sənədləri printerdən götürmək və s. Sonda iştirakçılara hədiyyələr verilib.

Xatırladım ki, “Baku Business Factory” 2015-ci ilin may ayında gənclərin biznes təşəbbüslərinin dəstəklənməsi və onlara biznes vərdişlərinin aşılanması məqsədi ilə təsis etdiyim biznes inkubasiya mərkəzidir. Hazırda mərkəzdə 25 fərqli biznes layihəsi icra olunur. Bu layihələr ən yüksək texnologiyalardan tutmuş kənd təsərrüfatına kimi müxtəlif sektorları əhatə edir. Daha ətraflı məlumatı aşağıdakı linkdən əldə edə bilərsiniz: http://bbf.az/

 

909152324262829858465423937343331