Anar Əlizadə
Hörmətli Ziyarətçi,
Bloqa xoş gəlmisiniz.

Mən Anar Əlizadə Union Grand Energy PTE şirkətinin təsisçisi və icraçı direktoru, həmçinin Baku Business Factory-nin (BBF) təsisçisi və sahibiyəm. Bu bloqda siz mənim 2015-ci ildə yaratdığım Baku Business Factory haqqında müsahibələr, məqalələr, xəbərlər və digər məlumatlar tapa bilərsiniz. Müxtəlif mövzulardakı müsahibələrim, eləcə də yaratdığım şirkət və təşkilatlarda çalışan menecerlərlə müsahibələr “müsahibə” bölməsində dərc olunur. Burada yerli və qlobal bazarlarda baş verən hadisələrlə bağlı fikirlərimiz, eləcə də bizim fəaliyyətimiz barədə ətraflı məlumat ala bilərsiniz.

“İnteraktiv Xəbərlər” bölməsi mənim yazdığım məqalələri, həmçinin müxtəlif mövzulardakı xəbərləri ehtiva edir.

Məqalələrimdə beynəlxalq və yerli bazarlarda inkişaf və proseslər barədə fikirlərim təqdim olunur. Əlavə olaraq, məqalələrdə yeni iş quran gənclərə məsləhətlər və tövsiyələr də yer alır.

Mənim bloqumda ən çox rast gəlinən mövzulardan biri Baku Business Factory-dir. BBF qeyri-ənənəvi biznes ideyaları olan gənclərə dəstək vermək üçün üç il bundan əvvəl yaratdığım biznes inkubasiya mərkəzidir. BBF-dəki nəticələr, nailiyyətlər və maraqlı layihələr haqqında məlumatlar bloqumda mütəmadi olaraq dərc edilir. Foto və video bölmələrində müxtəlif mövzularda toplanan şəkil və videoları görə bilərsiniz. Hesab edirəm ki, dörd bölmədən ibarət bloqum sizə maraqlı və faydalı olacaq.

Hörmətlə Anar Əlizadə