Union Grand Energy

Union Grand Energy (UGE) 2007-ci ildə Sinqapur qanunlarına uyğun qeydə alınaraq yaradılan özəl şirkətdir. O vaxt, əsasən, neft-qaz sektorunda fəaliyyət göstərən bir sıra şirkətlər Union Grand Energy Group-u yaratmaq üçün bir araya gəlmişdi. Şirkət əsas diqqəti neft kimyası, neft məhsulları və oxşar məhsullar, həmçinin neft avadanlıqları, tikinti və s. əlaqədar sahələrə yetirir.

UGE xam neft və təbii qazı araşdırır, istehsal edir və nəql edir. Həmçinin onları bazara çıxarır və neft-kimya məhsulları və neft məhsulları paylayır, neft-kimya məhsulları istehsal edir və satır.

UGE öz müştərilərinə rəqabətli və keyfiyyətli məhsullar və xidmətlər təqdim edir, üstünlüyü təmin edir, davamlı inkişafa həvəs yaradır və dəyişikliklərə spontan cavab verir. UGE fəaliyyətinin bütün aspektlərində yüksək peşəkarlıq, dürüstlük və ədalət standartlarına cavab verir, öhdəliklərini məsuliyyətli şəkildə yerinə yetirir və bütün müştəriləri üçün daim ən yaxşı xidməti təmin edir.

UGE Xəzər regionunun və MDB ölkələrinin enerji sektorunda istehsal və ixrac sahəsində aparıcı şirkətlərdən biridir və hazırda neft avadanlığı və neft məhsullarının aparıcı satıcılarından biridir. Hazırda UGE davamlı olaraq inkişaf edir və kimyəvi məhsullar istehsalında markaya çevrilir. UGE, demək olar ki, bütün enerji sahələrində iştirak edir, əməkdaşlarının unikal bacarıqları, peşəkarlığı və təcrübəsi sayəsində enerji sektorunda və regionda rəqabətədavamlı və uğurlu nəticələri olan şirkət kimi öz yerini qoruyur. Digər regional və beynəlxalq bazarlara çıxmaq üçün gələcək layihələri davamlı olaraq qurur, inkişaf etdirir və həyata keçirir.

Union Grand Energy haqqında daha ətraflı məlumatı aşağıdakı linkdə əldə edə bilərsiniz: www.ugepte.com