Baku Business Factory

“Baku Business Factory” (BBF) 2015-ci ildə təsis olunub. BBF-in əsas məqsədi layihənin ilkin mərhələsində ölkənin sosial və iqtisadi həyatına müsbət təsir göstərə biləcək, potensiallı, perspektivli biznes ideyaları olan gənclərin biznes təşəbbüslərini dəstəkləmək, bu layihələrin sürətlə həyata keçirilməsi və onların davamlılığının təmin edilməsi üçün şərait yaratmaqdır. Parlaq dizayn və rahat ofis mühiti frilanser və startapçılara fikirlərini uğurla həyata keçirmək üçün imkan verir.

İlk mərhələdə dəstək

Son illərdə gənclərin biznesə olan maraqları əhəmiyyətli dərəcədə artmışdır. Ancaq təcrübə və maddi-texniki bazanın olmaması səbəbindən əksəriyyət uğursuzluqla üzləşir. BBF-in başlanğıc layihəsi gənclərə biznes bacarıqlarını əldə etməkdə kömək edir və onları lazım olan maliyyə və texniki yardımla təmin edir. Bu sahədə əsas üstünlük ofis məsələsinin həlli, maddi yardımın və texniki təchizatın təmin edilməsi, həmçinin mentorluq, hüquqi dəstək və investisiyadır.

Baku Business Factory haqqında daha ətraflı məlumatı aşağıdakı linkdə əldə edə bilərsiniz: www.bbf.az