Mən bəzi azərbaycanlı bloqqer(lər)in qətlə cəhdlərinin maliyyələşdirilməsində və təşkilində iştirak etdiyimi iddia edən Fransanın “Libération” nəşrinin mənə qarşı irəli sürdüyü əsassız və hədsiz ittihamları qətiyyətlə rədd edirəm. Bu ittihamlar əsassızdır və ictimaiyyəti çaşdırmağa yönəlib. Bu mövqe açıq şəkildə mənim “Libération” tərəfindən 03 yanvar 2025-ci il tarixində dərc edilmiş rəsmi cavabımda, həmçinin qəzetin 6 yanvar 2025-ci il tarixli kağız variantında öz əksini tapmışdır (bu linkdə mövcuddur: https://www.liberation.fr/societe/police-justice/mafieux-aux-barbes-decolorees-poignards-et-voitures-deglinguees-en-france-des-commandos-de-tueurs-aux-trousses-dun-opposant-azerbaidjanais-20241114_WY2YVHN4MRDBZHV5W6HZHPF5KY/?datawallToken=GFT-c91bfd8c99e910cf515e68ef2dd3413e).
Mən həmişə söz və ifadə azadlığına və qanunun aliliyinə hörmətlə yanaşmışam, və hər hansı bir ölkədə istənilən hakimiyyət orqanlarının hər hansı suallarını cavablandırmağa və bununla bağlı əməkdaşlıq etməyə tam hazıram.
Son iddialar, eləcə də guya mənim sanksiyalı qeyri-qanuni neft ticarəti ilə bağlı digər KİV-lərin əvvəlki əsassız iddiaları mənim işgüzar və şəxsi nüfuzuma xələl gətirmək məqsədi daşıyan bəzi opponentlərin düşünülmüş və təşkil olunmuş kampaniyasının bir hissəsidir. Müəyyən qərəzli media və opponentlər tərəfindən dəstəklənən bütün bu ittihamların hər hansı əsası və sübutu mövcud deyil.
Mən bir daha bütün aidiyyəti olan KİV-ləri bütün faktları diqqətlə yoxlamağa, birtərəfli bəyanatlara və birtərəfli mövqelərə əsaslanan yalan xəbərləri yaymaqdan uzaq olmaqlarına çağırıram. Bu arada, bu cür əsassız mənfi nəşrləri yayan hər hansı bir tərəfə qarşı bütün zəruri hüquqi addımlar atacağımı bildirirəm.
Mən işimə diqqət yetirməyə davam edəcəm və heç bir əsas və sübut olmadan bu cür əssasız ittiham cəhdləri ilə diqqətimi əsas işimdən yayındırmağa imkan verməyəcəyəm.
Hər hansı KİV nümayəndələrini mənə əlavə sualırı olduqda və ya mənə istinad edən hər hansı nəşrdən əvvəl rəsmi media nümayəndəlimlə bu e-poçt ünvanı ilə əlaqə saxlamaqlarını xahiş edirəm: [email protected]
Anar Əlizadə