Azərbaycanda Silahlı Qüvvələrə Yardım Fonduna ən çox ianə edən şəxs bəlli oldu.
Banker.az xəbər verir ki, iş adamı Anar Əlizadə Azərbaycan Silahlı Qüvvələrinin Yardım Fonduna 2 milyon manat ianə edib.
Son bir neçə gündə Qarabağda aktiv döyüşlər başlayandan bir çox tanınmış sahibkarlar, məmurlar, incəsənət xadimləri, diaspor nümayəndələri və digər şəxslər Azərbaycan Ordusuna dəstək olaraq yuxarıda adıçəkilən Fonda vəsait köçürürlər.