Bizneslə məşğul olarkən icmaların qayğısına qalırıq


Bakı, Azərbaycanın digər yerləri və Dubay arasında demək olar ki, hər ay dəfələrlə etdiyim səfərlər zamanı məni həmişə belə bir sual maraqlandırıb: başqa aparıcı biznes rəhbərləri çalışdığımız çoxsaylı cəmiyyətlərdə ictimaiyyətlə əlaqələrə, yardımlaşmaq və bu cəmiyyətlərin bir parçasına çevrilmək məsələlərinə necə yanaşırlar? Bu məsələ hər zaman mənim üçün başlıca prioritetlərdən biri olub.

Məsələn, bizim Surakhani Oil Operation Company (Suraxanı Neft Əməliyyat Şirkəti) ehtiyacı olan ailələrə və müharibə veteranlarına yardımlar edir. Fikrimcə, yardımlaşmanın digər bir sahəsi də xəstə və qüsurlu uşaqlara kömək göstərilməsindən ibarətdir.

Bundan əlavə, həyata keçirdiyimiz biznes fəaliyyətində prioritetlərimizdən biri işlədiyimiz ölkələrin icmalarının rifahının dirçəldilməsi və bərpası məsələsi ilə sıx bağlıdır. Fəaliyyətimizin və gördüyümüz işlərin çox hissəsi köhnəlmiş və istifadəyə yararsız zavodların və fabriklərin ən son texnologiyalardan istifadə edilməklə yenilənməsi və müasir avadanlıqlarla təchiz edilməsidir.

Məramımız çox sadədir: biz köhnə iş yerlərinin qorunub saxlanması ilə yanaşı, yeni və əlavə iş və məşğulluq yerlərinin yaradılmasının tərəfdarıyıq.

Məni TwitterFacebook-da izləyin.