Cənab Anar Əliyev (Əlizadə) “Business Time” jurnalı tərəfindən “İlin adamı: İşgüzar nüfuz-2014” mötəbər mükafata layiq görülüb


“Business Time” müstəqil biznes jurnalının münsiflər heyətinin qərarı ilə cənab Anar Əlizadə “İlin iş adamı: İşgüzar nüfuz-2014” mötəbər mükafata layiq görülüb. Jurnalın dekabr ayında dərc edilən sayında bu mükafatın nə üçün məhz Əlizadəyə verilməsinin əsas səbəbləri sadalanır: “Bu gün cənab Anar Əlizadə həm Azərbaycanda, həm də ölkədən kənarda iqtisadiyyatın müxtəlif sahələrində uğurla inkişaf edən bir neçə şirkətin təsisçisidir. Onun şəffaf, ədalətli və effektiv idarə strategiyası bir çox yerli və beynəlxalq şirkətlərlə etibarlı tərəfdaş münasibətləri qurmağa, eləcə də dünya arenasında Azərbaycan biznesini layiqincə təmsil etməyə imkan yaradıb. Biznesin beynəlxalq miqyasda aparılmasında şəffaf və səmərəli yanaşma və Azərbaycana qarşı düşmən qüvvələrlə mübarizədə öz ədalətli mövqeyini və milli maraqlarını cəsarətlə müdafiə etməsi mükafatın “İşgüzar nüfuz” milli nominasiyası üzrə məhz cənab A.Əlizadəyə verilməsi ilə bağlı müstəqil qərarın qəbul edilməsində əsas oldu”.