Xoş gördük, əziz istifadəçilər, necədir işləriniz?
Təəssüf ki, bloqumda olan ilk postum heç də ürəkaçan olmayan məsələ ilə əlaqədardır. Buna baxmayaraq, mən yenə də 2013-cü ilin dekabrında Global Witness-in Azerbaijan Anonymous adlı məruzəsində mənim və həyata keçirdiyim layihələr barədə dərc olunan ittihamlara aydınlıq gətirməyi vacib hesab edirəm.
Əgər sözügedən məsələ ilə bağlı şərhlərimi daha əvvəl oxumamısınızsa, sizdə yaranan suallara cavab tapmaq istəyirsinizsə, bir qədər aşağıda indiyə qədər verdiyim rəsmi bəyanatlardan olan çıxarışlara diqqət yetirə bilərsiniz:
“Mən Azərbaycan Respublikasının vətəndaşıyam, Naxçıvanda (Azərbaycan) dünyaya göz açmışam, bütün peşəkar iş fəaliyyətim müddətində Azərbaycanda yaşamışam və biznesimi inkişaf etdirmişəm. Mənim bütün fəaliyyətim ölkəmin gələcək inkişafına və tərəqqisinə yönələn layihələrə sərmayələrin yatırılması və yenidən layihələndirilməsi ilə əlaqədardır. Məni “gizli və naməlum adam” adlandırırlar, lakin əslində mən öz fəaliyyətim çərçivəsində şəxsi həyatın toxunulmazlığını yüksək dəyər kimi qiymətləndirirəm və şəxsi işlərimin təbliğ edilməməsini, şəxsi həyatımın və ailə həyatımın konfidensiallığının qorunmasını üstün tuturam.
Global Witness-in məruzəsində irəli sürülən ittihamlar tamamilə həqiqətəuyğun deyil, bu ittihamlar mənim ölkəmin adına xələl gətirir.Onlar mənim biznesimi necə başlamağım haqqında məsələ qaldırırlar. Bu məsələ ilə bağlı artıq SOCAR-ın 13 dekabr 2013-cü il tarixli ayrıca məruzəsində təkzib verilib.
Sözügedən məsələ ilə bağlı rəyimin obyektiv müzakirəsi üçün vacib hesab etdiyim məqamlara nəzər sala bilərsiniz:
– Mən SOCAR-ın Hasilat Sənayesində Beynəlxalq Şəffaflıq Təşəbbüsü ilə bağlı öhdəliklərinə tam şəkildə riayət edirəm və bütün əlaqədar işlərimi də Azərbaycan qanunvericiliyinə uyğun olaraq aparıram, sahibkarlıq fəaliyyətimlə də beynəlxalq hüquq normaları çərçivəsində məşğul oluram.
– Mənim nə Əlahəzrət Azərbaycan Respublikasının Prezidenti, nə də SOCAR-ın prezidenti cənab Rövnəq Abdullayevlə heç bir qohumluq əlaqələrim yoxdur.
– Mən SOCAR ilə biznes əməkdaşlığı edən şirkətlər də daxil olmaqla, idarə etdiyim müəssisələrin benefisiar sahibiyəm. Mən əvvəlki kimi SOCAR ilə əməkdaşlıq edirəm və eyni zamanda da, digər özəl müəssisələr kimi Azərbaycanın iqtisadi inkişafına zəmin yarada biləcək sərmayə yatırımları üçün əlavə imkanların və layihələrin axtarışını davam etdirirəm.
– Azərbaycandan kənarda əldə etdiyim gəlirlər və eləcə də, mənim Azərbaycanda əldə etdiyim qlobal gəlirlərdən ödədiyim gəlir vergisi ilə bağlı açıqlamalara dair Azərbaycan qanunlarının tələblərinə tam şəkildə riayət edirəm.
– Nə mən, nə də mənim biznes layihələrimdən heç biri Azərbaycanda və ya ondan kənarda cinayət məsuliyyətinə cəlb olunmayıb.
– Mən Azərbaycanın perspektivini əsas tutan beynəlxalq bizneslə məşğulam və bundan sonra da sağlam gəlir gətirəcək və ölkəmə fəal sərmayə yatırılmasına zəmin yaradacaq layihələri davam etdirəcəyəm.
Diqqətiniz üçün təşəkkür edirəm. Uğur və yüksəliş sizinlə olsun!
Anar Əlizadə.