Haqqımda son zamanlar yazılan böhtan xarakterli məlumatlara dair Bəyanat


Əziz oxucular!

Ümid edirəm ki, belə çətin zamanda hər biriniz sağlam və təhlükəsiz şəraitdəsiniz. Bir çoxlarınız kimi mən də 14 Martdan bəri vətənimə səyahət etmək imkanı olmadan, ailəmlə karantin rejiminə riayət edirəm.

Dünyanın COVID-19 Pandemiyası ciddi şəkildə bürüdüyü zaman və milyardlarla insanların karantin rejimi şəraitində yaşadığına, bəzilərinin isə sevdiklərini itirdiyinə baxmayaraq, belə çətin dövrlərdə böhtan xarakterli xəbərlərdən istifadə etməyə və bu cür hərəkətlərin arxasında öz gizli niyyətləri olan bəzi qüvvələr meydana çıxıb. Təbii ki, bu cür hərəkətlərin arxasında kimin dayandığını aşkar güman etmək olar.

Son bir neçə gün ərzində bəzi media mənbələri, mənə məxsus bir təyyarəmlə karantin məhdudiyyətlərinə baxmayaraq Londondan Fransanın cənubuna istirahət və əyləncə üçün səyahət etdiyim haqqında saxta xəbərlər yaydılar. Digərləri isə guya mənə qarşı cinayət ittihamlarının sürüldüyünü və hətta həbs olunduğumu bildirir, halbuki mən 14 mart 2020-ci il tarixindən Avropada olmamışam. Məhz həmin zamandan ailəmlə birlikdə hal-hazırda olduğum ölkənin karantin rejiminin məhdudiyyətlərinə ciddi riayət edirəm və evdən çalışıram.

Baxmayaraq ki, beynəlxalq media heç bir azərbaycanlının və xüsusilə də mənim adım çəkilməyib, müəyyən qüvvələr yenə mənim nüfuzuma xələl gətirmək niyyəti ilə bəzi media mənbələri mənim adımdan geniş istifadə etməyə çalışır.
Nəzərinizə çatdırıram ki, artıq hüquqşünaslarım həmin media mənbələri ilə əlaqə saxlayıb və mən öz nüfuzumu qorumaq üçün bütün zəruri hüquqi addımların atmaq niyyətindəyəm. Hüquqşünaslarımdan olan məktubu diqqətinizə çatdırıram. Keçmiş əsassız iddialara gəldikdə isə hesab edirəm ki, artıq bunu dəfələrlə cavablandırmışam və bu aydın şəkildə aşağıdakı resursda öz əksini tapıb:

www.azerbaijananonymousexplained.com

Hər birinizə sağlam və təhlükəsiz qalmağınızı arzu edirəm

Anar Əlizadə

 

Bu bəyanata aşağıdakı sənədlər əlavə olunub:

Vüqar Məmmədov

Heydər Həşimov