Anar Əlizadə haqqında


Erkən həyat və biznesdə yüksəliş

Anar Əlizadə (Əliyev) biznesə çox gənc yaşlarında başlayan və beynəlxalq miqyasda uğurlu bizneslərlə məşğul olan müxtəlif şirkətlərin təsisçisi və sahibidir.

Anar 1978-ci ilin sentyabrın 21-də Naxçıvan şəhərində anadan olub. Orta məktəbi bitirdikdən sonra 1996-2000-ci illərdə Naxçıvan Dövlət Universitetində İqtisadiyyat ixtisası üzrə Bakalavr pilləsini bitirib, daha sonra Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında İqtisadi İdarəetmə ixtisası üzrə magistr diplomu alıb. Hələ çox gənc yaşlarında sahibkarlıq fəaliyyətinə başlayan Anar 90-cı illərin sonlarında Türkiyədən müxtəlif məhsulların gətirilib blokada şəraitində olan Naxçıvanda satılması ilə məşğul olmağa başlayıb. Bundan əlavə, o, işlənmiş avtomobil idxalı və ailəsinə məxsus olduğu sərnişindaşıma bizneslərində də fəal iştirak etdi.

Anar Əlizade 2000-ci illərin əvvəllərində Bakıya gələrək burada bizneslərə davam edir.

Bazardakı iqtisadi vəziyyəti düzgün dəyərləndirərək Türkiyə ilə Naxçıvan arasında apardığı ticarət nəticəsində əldə etdiyi özünün və ailəsinin topladığı ilkin maliyyə kapitalını effektiv şəkildə Bakının daşınmaz əmlak bazarına yatırır. Bu qərar ona bir neçə il sonra daşınmaz əmlakın dəyərinin kəskin qalxması böyük qazanc gətirəcəkdi.

 

Neft sektoru

2000-ci illərin ortalarında Anar Əlizadə artıq Azərbaycanda və Azərbaycandan kənarda uğurlu bizneslərin sahibi kimi tanınmağa başlayır. Həmin dövrdə o nəqliyyat, ticarət, tikinti və istehsal sektorlarında fəaliyyət göstərən bir çox şirkətlərlə əməkdaşlıq edir. Dünya bazarında gedən dəyişikliklər nəticəsində BƏƏ-də artan biznes potensialını görən Anar bu ölkə ilə Azərbaycan arasında ticarət əlaqələrinin qurulmasında iştirak etmək qərarına gəlir və, o, bununla məşğul olan ilk azərbaycanlılardan olur. Azərbaycanda kompüter və elektron avandanlıqlara olan ehtiyacın sürətlə artdığını nəzərə alaraq, BƏƏ-də ilk Azərbaycan investisiyaları ilə olan şirkəti quraraq Azərbaycanın kompüter məhsullarına olan tələbatının qarşılanmasında mühüm rol oynayır.

BƏƏ-dəki iş fəaliyyəti Anarın neft sektoruna olan marağını artırır və nəticədə, o, bir neçə neft servisi şirkətləri qurur və Azərbaycana BƏƏ-nin effektiv və uğurlu təcrübəsini idxal edir. Bunun nəticəsində, o, “Grand MMC” adlı şirkəti təsis edərək neft avadanlıqlarının ticarətinə və yerli neft şirkətlərinə texniki xidmətlərin göstərilməsi işlərinə başlayır. Bu sahədəki uğurları Anarı SOCAR daxil olmaqla müxtəlif neft şirkətlərinin etibarlı tərəfdaşına çevrilməsinə gətirib çıxarır. Bir müddət sonra ona məxsus bütün şirkətlərini dünyanın ən şəffaf ölkərindən biri olan – Sinqapurda qurulmuş Union Grand Energy PTE şirkəti altına toplayan Anar Əlizadə onu Azərbaycanda bəyan edir və onun nümayəndələyini açır. Beləliklə, Anar Azərbaycandan kənarda əldə etdiyi gəlirlərdən külli miqdarda vergi verən ilk nümunəvi azərbaycanlı iş adamı olur.

Bu dövrdə bir iş adamı kimi Anarın diqqətini çəkən digər məsələlərdən biri də Azərbaycan xam neftinin xarici treydinq şirkətləri tərəfindən satılması idi. Bu, həm neft gəlirlərinin azalmasına, həm də Azərbaycan neftinin brendləşməsində çətinliklərə səbəb olurdu. Nüfuzlu bir biznes tədbirində iştirak edərkən, tanınmış neft treyderi ilə tanışlıqdan sonra bu məsələyə dair Anar öz təklifini hazırlayaraq ARDNŞ-ə göndərdi və oun uğurlu qəbuku nəticəsində İsveçrədə SOCAR Trading SA-nın əsası qoyuldu. Bu şirkətin uğurlu fəaliyyəti nəticəsində Azərbaycan 5 il ərzində 2 milyarda yaxın ABŞ dolları mənfəət əldə etmiş və Azərbaycan “Azeri Light” neftinin dünyada brendləşməsinə nail olmuşdur. Anar Əlizadə 2012-ci ildə SOCAR Trading SA şirkətindəki səhmlərinin hamısını bazar dəyərindən aşağı qiymətə ARDNŞ-ə satdı.

Hazırda

Hal-hazırda Anar Əlizadə Azərbaycan, BƏƏ, Türkiyə və Sinqapurda neft, tikinti, ticarət və istehsal sektorlarında uğurla fəaliyyət göstərən bir çox şirkətlərin sahibidir.

Bütün bu şirkətləri birləşdirən əsas faktorlar biznes tərəfdaşlarının mənafelərinin prioritet kimi qəbul edilməsi və ən yeni texnologiyaların tətbiqi ilə etibarlı və asan iş mühitinin formalaşdırılmasıdır.

Anar Əlizadənin öz sözləri ilə desək, “Bu gün biznesdə uğur qazanmaq üçün bazardakı tendensiyaları düzgün qiymətləndirmək kifayət etmir, bu gün biznesdə ən böyük uğur tərəfdaşlarımız, yəni müştərilərimiz ilə etibarlı və sıx əlaqələrin qurulmasıdır. Hər bir halda bazardakı tendensiyaları onlar müəyyən edir”.