Qarabağ müharibəsi


İkinci Qarabağ müharibəsi (27 sentyabr – 9 noyabr 2020) Azərbaycanın çoxdan arzulanan qələbəsi və işğal olunmuş ərazilərin azad edilməsi ilə nəticələndi. Ölkəmiz ən böyük faciəsi – ədalət naminə çox saylı insan itkilərimizin olmasıdır.

Uzun illərdi işğalı beynəlxalq ictimaiyyət tərəfindən qəbul olunmuş Azərbaycan torpaqları nəhayət azad olundu. Erməni hərbi birləşmələri heç vaxt onlara məxsus olmayan və oradan təxminən 1 milyon insanı qaçqın və məcburi köçkün etdikləri torpaqları tərk etdi. Hal-hazırda Ermənistanda hərbi məğlubiyyətlə bağlı ciddi daxili siyasi böhran yaşanır.

Dərin kədərlə geriyə baxarkən və Ermənistanın qeyri-konstruktiv mövqe tutmadığı halda, bütün bunların qarşısını almaq mümkün olduğunu acılıqla anlayırıq.  Biz 21-ci əsrdə yaşayırıq və beynəlxalq hüququn təməl prinsiplərinin tələblərinə uyğun olaraq sülh içində yaşamalıyıq, və digər bir suveren dövlətin ərazisinin qanunsuz işğalı yolverilməzdir.

Heç bir siyasətçinin, nə qədər güclü olsa belə, tarixi və həqiqətləri istədiyi şəkildə qiymətləndirmək və ya yenidən yazmaq hüququ yoxdur. Beynəlxalq ictimaiyyət və dünya liderlər bölgədəki münaqişədən sonrakı sülh quruculuğu prosesinə xələl gətirməməli və bunun əvəzində münaqişənin nəticələrini tam aradan qaldırılmasını və sülhün möhkəmləndirilməsi üçün əllərindən gələni əsirgəməməlidirlər.

Eyni zamanda, biz, gənc nəsil, Qarabağ müharibəsi ilə bağlı həqiqətlərin yayılmasında fəal rol oynamağa davam etməliyik və azərbaycanlıların bu faciəsinə ədalətli hüquqi və siyasi qiymət verməsinə nail olmalıyıq. Qarabağ müharibəsi və qurbanları heç vaxt Azərbaycan tarixindən silinməyəcək və biz öz qəhrəmanlarımızı xatırlayacağıq və onların xatirəsi əbədi olaraq xalqımızın qəlbində yaşayacaq.