Sosial layihələr


Xeyriyyəçilik fəaliyyətləri və sosial layihələr

Sahibkarlıqla yanaşı, Anar xeyriyyəçilik və sosial sahədə fəaliyyətə də əhəmiyyət verir. O, Azərbaycanda sahibkarlığın inkişafı, yeni və uğurlu biznes modellərinin formalaşdırılması, həmçinin işçilərin həyat şəraitinin yaxşılaşdırılması və digər xeyriyyə tədbirlərin həyata keçirilməsində fəal iştirak edir.

İşçi ailələlərinin mənzillərlə təmin olunması, uğurlu tələbələrə maddi yardımların göstərilməsi, müharibə veteranlarına, qüsurlu uşaqlara köməkliklərin edilməsi bu kimi fəaliyyətlər arasındadır.

Anarın xaricdə qazandığı vəsaitləri Azərbaycanda reinvestisiya etməyi də özünə prioritet seçib. Nüfuzlu “Bakı Ağ Şəhər” layihəsində uğurlu iştirakını bir nümunə kimi qeyd etmək olar.

Baku Business Factory

Özü də gənc bir iş adamı olan Anar, gənclərin biznes təşəbbüslərini dəstəkləməyi özünün əsas sosial məsuliyyəti hesab edir. Bu səbəbdən, o, 2015-ci ilin aprel ayında “Baku Business Factory” ni (BBF) qurdu. Bu layihə BBF-də ofis sahəsi ilə təmin etmək, mentor köməyi, maddi dəstək və müxtəlif təlim proqramlarına çıxış yolu ilə gəncləri dəstəkləyir.

BBF haqqında daha çox məlumat üçün onun vebsaytını ziyarət edin: https://bbf.az

BBF-nin son xəbərləri və nailiyyətləri üçün aşağıya baxın.

Xəbərlər və nailiyyətlər

Startaplarımızla birlikdə böyük uğurlara addımlayırıq

Təsisçisi olduğum “Baku Business Factory” Biznes İnkubasiya Mərkəzi 3 yaşında olmasına baxmayaraq, ciddi uğurlar və nəticələr əldə etməyə davam edir.

BBF: Yeni İldə yeni addımlar

Yarandığı gündən bəri ciddi layihələr həyata keçirən BBF 2017-ci ildə startaplara dəstək istiqamətində bir çox vacib və yadda qalan işlər görüb.

“Baku Business Factory” və “TransTech Capital” arasında anlaşma memorandumu imzalanıb

“Baku Business Factory” (BBF) və Böyük Britaniyanın “TransTech Capital” LLP şirkətləri arasında anlaşma memorandumu imzalanıb.

BBF-də uşaqlar üçün “Gələcəyin biznesmenləri” günü keçirilib

"Baku Business Factory” (BBF) daha bir önəmli yeniliyə imza atdı - biznes inkubasiya mərkəzində “Gələcəyin biznesmenləri” günü keçirildi.

BBF xarici tərəfdaşlarla əlaqələri gücləndirir

Beynəlxalq bazara çıxmasına imkan yaratmaq üçün “Baku Business Factory” (BBF) xarici tərəfdaşlarla əlaqələrini genişləndirmək qərarına gəlib.

Xarici tərəfdaşlarla iş – yerli startapların beynəlxalq brendə çevrilməsinin açarı

Həmin mərkəzlərdə fəaliyyət göstərən startapların əsas problemlərindən biri beynəlxalq bazara çıxmaq və beynəlxalq bazarda tanınmaqdır.

“Baku Business Factory” Böyük Britaniya şirkətləri ilə əlaqələri genişləndirir

Bu gün “Baku Business Factory”nin (BBF) ofisində Böyük Britaniyanın Azərbaycandakı səfirliyinin nümayəndələri ilə görüş keçirilib.

“Baku Business Factory” 1 yaşını qeyd edir

Keçən ilin may ayının 4-də təsis etdiyim“Baku Business Factory” 1 yaşını qeyd edir.

“Baku Business Factory” müxtəlif sektorlara aid biznes növlərini dəstəkləyir

“Baku Business Factory”ni təsis edərkən ən əsas məqsədlərimdən biri yeni formalaşan biznes sahələrini dəstəkləməklə iqtisadiyyatımızın şaxələnməsinə töhfə verməkdən ibarət idi.

“Baku Business Factory” Gənc Təşəbbüskarların Biznes Biliklərinin Artırılması üçün Tədbirlərinə Davam Edir

Keçən ilin may ayında təsis etdiyim “Baku Business Factory” biznes inkubasiya mərkəzi gənclərin biznes biliklərinin artırılması ilə bağlı fəaliyyətlərini davam etdirir.