Sosial layihələr


Xeyriyyəçilik fəaliyyətləri və sosial layihələr

Sahibkarlıqla yanaşı, Anar xeyriyyəçilik və sosial sahədə fəaliyyətə də əhəmiyyət verir. O, Azərbaycanda sahibkarlığın inkişafı, yeni və uğurlu biznes modellərinin formalaşdırılması, həmçinin işçilərin həyat şəraitinin yaxşılaşdırılması və digər xeyriyyə tədbirlərin həyata keçirilməsində fəal iştirak edir.

İşçi ailələlərinin mənzillərlə təmin olunması, uğurlu tələbələrə maddi yardımların göstərilməsi, müharibə veteranlarına, qüsurlu uşaqlara köməkliklərin edilməsi bu kimi fəaliyyətlər arasındadır.

Anarın xaricdə qazandığı vəsaitləri Azərbaycanda reinvestisiya etməyi də özünə prioritet seçib. Nüfuzlu “Bakı Ağ Şəhər” layihəsində uğurlu iştirakını bir nümunə kimi qeyd etmək olar.

Baku Business Factory

Özü də gənc bir iş adamı olan Anar, gənclərin biznes təşəbbüslərini dəstəkləməyi özünün əsas sosial məsuliyyəti hesab edir. Bu səbəbdən, o, 2015-ci ilin aprel ayında “Baku Business Factory” ni (BBF) qurdu. Bu layihə BBF-də ofis sahəsi ilə təmin etmək, mentor köməyi, maddi dəstək və müxtəlif təlim proqramlarına çıxış yolu ilə gəncləri dəstəkləyir.

BBF haqqında daha çox məlumat üçün onun vebsaytını ziyarət edin: https://bbf.az

BBF-nin son xəbərləri və nailiyyətləri üçün aşağıya baxın.

Xəbərlər və nailiyyətlər

Regionlarda Yeni Biznes İmkanlarının Yaradılması

Gənclər üçün həyata keçirmək istədikləri layihə ilə bağlı qarşıya çıxan problemlərin həll olunması yollarını göstərən təcrübəli şəxslərin tövsiyələri olduqca vacibdir.

“Baku Business Factory” Universitetlərlə Əməkdaşlığa Başlayır

“Baku Business Factory” parlaq gəncləri üzə çıxarmaq üçün universitetlərlə əməkdaşlıq etməyə başlayır.

“BBF”-in təşəbbüskarlıq mövzusunda biznes forumu böyük marağa səbəb olub

Təsis etdiyim “Baku Business Factory”nin (BBF) təşkilatçılığı ilə oktyabrın 10-da "Hilton" otelində 200-dək şəxsin iştirakı ilə təşəbbüskarlıq mövzusunda biznes forum keçirilib.

“Baku Business Factory” təşəbbüskarlıq mövzusunda biznes forum keçirəcək

Oktyabrın 10-da “Baku Business Factory”nin təşkilatçılığı ilə təşəbbüskarlıq mövzusunda biznes forum keçirməyi planlaşdırırıq.

Azərbaycan gənclərinin biznes ideyalarına dəstək verəcək “Baku Business Factory” adlı yeni layihəmizə start verildi.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin işğüzar elitaya ölkə iqtisadiyyatının şaxələndirilməsi və qeyri-neft sektorunun inkişafına maksimum səy göstərilməsi ilə bağlı ünvanladığı çağırışı rəhbər tutaraq, bu gündən Bakıda gənclərin biznes ideyalarına dəstək verən "Baku Business Factory" (BBF) adlı yeni layihəmizə start verildi.